Haqqımızda

TES Group MMC — hüquq, qiymətləndirmə, maliyyə və konsaltinq xidmətlərini vahid peşəkar yanaşmada birləşdirən Azərbaycan şirkəti.

Şirkət

“TES Group” MMC 24 may 2017-ci il tarixində təsis edilmiş, hüquq və konsaltinq, qiymətləndirmə, maliyyə və mühasibatlıq istiqamətlərində kompleks peşəkar xidmətlər göstərən Azərbaycan şirkətidir. Fəaliyyət modeli peşəkarlıq, müstəqillik, obyektivlik, məxfilik, dəqiqlik və nəticələrin əsaslandırılması prinsipləri üzərində qurulmuşdur.

Əsas fəaliyyət istiqamətlərindən biri daşınar və daşınmaz əmlakın qiymətləndirilməsidir. Müxtəlif təyinatlı və istənilən mürəkkəblik səviyyəsində olan obyektlər üzrə fərdi yanaşma tətbiq edilir; məqsədə uyğun metodlar seçilir, bazar məlumatları təhlil edilir və nəticə əsaslandırılmış hesabat formasında təqdim olunur.

Missiyamız

Dəyəri sadəcə müəyyən etmək deyil, onu sübut və əsaslandırma ilə müdafiə edilə bilən nəticəyə çevirmək.

Vizyonumuz

TES Group-u Azərbaycanda, xüsusilə regionlarda, qiymətləndirmə, hüquq və konsaltinq xidmətlərini kompleks şəkildə təqdim edən etibarlı və müasir peşəkar şirkətlərdən birinə çevirmək və gələcəkdə fəaliyyətimizi ölkə hüdudlarından kənarda genişləndirmək.

Prinsipimiz

“TES Group” — Kompromissiz Dəyər | Value Without Compromise.

Təsisçi və rəhbər — Teymur Xasıyev

Hüquq, məhkəmə mübahisələri, hüquqi və maliyyə risklərinin idarə edilməsi, müqavilə hüququ, qiymətləndirmə və biznes konsaltinqi istiqamətlərində uzunmüddətli praktiki təcrübəyə malik mütəxəssis.

20 ildən artıq peşəkar hüquqi təcrübə.

Təhsil və ixtisas

1996–2000
Hüquqşünaslıq üzrə bakalavr
2000–2002
Beynəlxalq hüquq üzrə magistr
28.02.2018
Qiymətləndirmə fəaliyyəti üzrə peşəkar yenidən hazırlıq
31.07.2025
Daşınar əmlakın qiymətləndirilməsi — DİM
16.07.2026
Daşınmaz əmlak və torpaq sahələrinin qiymətləndirilməsi — DİM
25.09.2026
The Ultimate GRC – Governance, Risk & Compliance Masterclass

Peşəkar təcrübə

Mingəçevir Şəhər Bələdiyyəsi, Mingəçevir Şəhər Məhkəməsi, KredAqro BOKT, Expressbank, Rail Trans Service MMC və 2024-cü ildən Aztelekom MMC-nin Dağlıq Şirvan Regional Filialında hüquqşünas fəaliyyəti.

Bizim məqsədlərimiz

PEŞƏKAR İXTİSAS VƏ SERTİFİKATLAR

Diplom və sertifikatlar

Təsisçi və rəhbər Teymur Xasıyevin qiymətləndirmə, risklərin idarə edilməsi, GRC və idarəetmə istiqamətləri üzrə peşəkar ixtisas sənədləri.