Nəqliyyat vasitələrinin qiymətləndirilməsində marka, model, istehsal ili, yürüş, texniki vəziyyət, komplektasiya, təmir tarixçəsi və bazar tələbi kimi amillər nəzərə alınır.

Bazar yanaşmasında qiymətləndirilən nəqliyyat vasitəsinə mümkün qədər yaxın analoqlar seçilir. Analoqlar arasında il, yürüş, mühərrik, ötürücü, komplektasiya və texniki vəziyyət fərqləri olduqda əsaslandırılmış düzəlişlər tələb oluna bilər.

Zədələnmiş avtomobillərdə bərpa xərcləri, dəyişdirilməli detallar, əmək xərcləri və zərurət olduqda dəyər itkisi ayrıca araşdırılır. Nəticə yalnız elan qiymətinin götürülməsi ilə deyil, bazar məlumatlarının müqayisəli təhlili ilə formalaşdırılmalıdır.

TES Group — Kompromissiz Dəyər | Value Without Compromise.
← Məqalələrə qayıt