Daşınmaz əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi qiymətləndirmənin məqsədi, obyektin xüsusiyyətləri və mövcud bazar məlumatları nəzərə alınmaqla aparılır.
Qiymətləndirmədə əsasən müqayisə, gəlir və xərc yanaşmalarından istifadə olunur. Müqayisə yanaşmasında oxşar obyektlərin bazar təklifləri və əməliyyat məlumatları təhlil edilir və zəruri düzəlişlər tətbiq olunur. Gəlir yanaşması əmlakın gəlir yaratmaq qabiliyyətini əsas götürür. Xərc yanaşmasında isə torpaq dəyəri, tikilinin əvəzləmə və ya yenidənqurma xərcləri, fiziki və funksional köhnəlmə nəzərə alınır.
Etibarlı nəticə üçün məlumat mənbələrinin yoxlanılması, analoqların düzgün seçilməsi və tətbiq olunan düzəlişlərin əsaslandırılması mühüm əhəmiyyət daşıyır. Yekun dəyər istifadə olunan yanaşmalar üzrə nəticələrin uzlaşdırılması ilə formalaşdırılır.
TES GROUP